Film, gənc Feride'nin yetim qalaraq xalasıgilə göndərilməsindən bəhs edir. O, burada Kamran adlı qohumu ilə sevgi münasibətləri yaşayır. Nişanlandıqdan sonra, Kamranın başqa bir qadınla əlaqəsi olduğunu öyrənən Feride, hər şeyi tərk edərək Anadoluya müəllimə kimi gedir. Burada başına gələn müxtəlif hadisələrdən sonra, keçmişi ilə üzləşməli olur.